Azərbaycanda toyuq ətinin qiyməti BAHALAŞDI - VİDEO

Azərbaycanda toyuq ətinin qiyməti BAHALAŞDI - VİDEO

Son vaxtlar ölkədə toyuq əti bahalaşıb.

 

Sfera.az xəbər verir ki, qiymət artımını satıcılar da təsdiqləyirlər.

 

Satıcıların sözlərinə görə, toyuq ətinin birdən-birə bahalaşması satışa da təsir edib.

 

İqtisadçı Xalid Kərimli deyir ki, toyuq yemi üçün məhsul qıtlığı qiymət artımına səbəb olub. Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması qiymətlərə təsir edir.

 

Ekspert həmçinin bildirib ki, son dövrlər qoyun və mal ətinin də bahalaşması quşçuluq məhsullarının qiymətinə təsir edən amillərdəndir.

 

Məsələ ilə bağlı "Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qiymət artımının səbəbi broylerlərdə yetişdirmə prosesinin geçikməsidir. Bu isə yemlərin əlavə və qatqılarının olmaması ilə bağlıdır. Belə ki, yem əlavə və qatqılarının çatışmaması səbəbindən əvvəllər 35 günə yetişdirilən quşlar indi 48 günə kəsimə hazır olur.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 


OXŞAR XƏBƏRLƏR

KİV: "Netanyahu müdafiə nazirini istefaya göndərməyə hazırlaşır"

İsrail Baş naziri Benyamin Netanyahu yaxın gələcəkdə müdafiə naziri Yoav Qallantı istefaya göndərməyə hazırlaşır.   Sfera.az xəbər verir ki, bu barəd...

Pərviz Şahbazov Qırğızıstanda bir sıra görüşlər KEÇİRDİ

Qırğızıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov...

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkənin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil mü...

Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişitərəfdaşlığın inkişafına təkan verəcək"

Bu ilin iyul ayında Azərbaycan və Pakistan arasında imzalanmış tranzit və güzəştli ticarət haqqında saziş ticarət tərəfdaşlığının inkişafına yeni təkan verəcək....

"Konstitusiyada evlilik yaşı artırılıb 25 edilməlidir, çünki..." - Psixoloq

Evlilik yaşı məsələsi bir çox ölkələrdə müzakirə olunur. Son vaxtlar isə bəzi ölkələrdə psixoloqlar və ya ailə məsələləri üzrə mütəxəssislər təklif edir ki...

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi – FOTO

"Naxçıvan" Universitetinin qurucusu, Naxçıvan Ali Məclisinin uzun müddət deputatı olmuş professor İsmayıl Əliyevə ağır itki üz verib.   Sfe...