Azərbaycan əhalisi nə ilə məşğul olur? - RƏSMİ

Azərbaycan əhalisi nə ilə məşğul olur? - RƏSMİ

Azərbaycanda əhalinin 4 milyon 963 min nəfəri müxtəlif peşələrlə məşğul olur.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məşğul əhalinin çox hissəsi kənd təsərrüfatı sahəsində çalışır. Burada çalışanların sayı 1,774 milyon nəfərdir və cəmi məşğul insanların 35,8 faizini təşkil edir. Başqa sözlə, Azərbaycanda işləyən hər 3 nəfərdən biri kənd təsərrüfatı ilə məşğuldur.

 

Əhalinin üstünlük verdiyi digər sahə ticarətdir. Bu sahədə 707 min insan çalışır.

 

Azərbaycan insanının daha çox üstünlük verdiyi sahələr arasında tikinti və təhsil də var. Tikinti ilə 389 min nəfər, təhsil ilə 376 min nəfər məşğuldur. Adıçəkilən sahələrdən başqa emal sənayesində 285 min nəfər, dövlət idarəetməsi, sosial təminat və müdafiə sahəsində 231 min nəfər, nəqliyyatda 203 min nəfər, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 190 min nəfər çalışır.

 

Ən az insanın məşğul olduğu sahələr isə elektrik enerjisi istehsalı və satışı (29 min nəfər), su təchizatı sahəsi (35 min nəfər), maliyyə sahəsi (37 min nəfər), mədənçıxarma sənayesidir (40 min nəfər).

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Ukraynada hərbi vəziyyət və səfərbərlik uzadıldı

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.   Sfera.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, b...

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Naz...

"Süni intellekti iqtisadiyyata tətbiq edən ölkələr qlobal bazarlarda lider olacaqlar" - ŞƏRH

“Süni intellektin iqtisadi inkişafa təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat T...

Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.   ...

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...

Növbəti iki gündə yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. &...