Türkiyə BRICS-ə qoşulmaq üçün MÜRACİƏT ETDİ

Türkiyə BRICS-ə qoşulmaq üçün MÜRACİƏT ETDİ

“Türkiyə BRICS-ə qoşulmaq istəyir”.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, Ankara artıq üzvlük üçün müraciət edib. 

 

“Türkiyə dünyada nüfuzunu gücləndirmək istəyir. Həmçinin Ankaranın BRICS-ə qoşulmaq istəyi Qərbdən olan ənənəvi müttəfiqlərindən kənar tərəfdaşlarla da yeni əlaqələr qurmaqla bağlıdır”,  - materialda bildirilib.

 

Bundan əvvəl Fələstin də BRIKS-ə qoşulmaq istədiyini açıqlayıb.  Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəlin sözlərinə görə, ölkənin üzvlüyü oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammiti başa çatdıqdan sonra həyata keçiriləcək. 

 

Qeyd edək ki, BRICS 2006-cı ilin iyun ayında Sankt Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilib. Hazırda BRICS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR