Çin və ABŞ-dəki vəziyyət nefti UCUZLAŞDIRIR

Çin və ABŞ-dəki vəziyyət nefti UCUZLAŞDIRIR

2024-cü ilin aprel ayından başlayaraq neft qiymətlərində enmə dinamikası müşahidə edilir.

 

Sfera.az bildirir ki, martın sonunda qiyməti 91 dolları ötən “Brent” neftinin dəyəri hazırda 76-77 dollardır. Ötən müddətdə “Brent” neftinin dəyəri 14-15 dollar və ya 16 faizdən çox enib.

 

Bu müddətdə Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiyməti də azalıb. Əvvəl 95 dollar olan neftin dəyəri hazırda 80 dollar səviyyəsindədir.

 

Neft qiymətlərində son günlər bir qədər də enmə baş verib. Son günlər neftin ucuzlaşmasının səbəbi “OPEC+” ölkələrinin oktyabrdan etibarən hasilatı artıracağına dair gözləntilərin olması və dünyanın ən böyük neft istehlakçıları olan Çin və ABŞ-də zəif tələbdir.

 

Rusiyanın neft bazarında təcrid edilməsinə baxmayaraq neft qiymətlərinin aşağı həddə seyr etməsi onu göstərir ki, dünyada neft təklifi Rusiyasız da tənzimlənə bilir.

 

Qeyd edək ki, mövcud qiymətlər Azərbaycan üçün əlverişlidir. Azərbaycanın dövlət büdcəsində neftin ortaillik qiyməti 80 dollardan götürülüb. Əvvəlki ayların qiymətləri nəzərə alınarsa, 2024-cü ilin ötən dövründə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 80 dollardan yüksək olub.

 

Vasif


OXŞAR XƏBƏRLƏR