Türkiyənin valyuta ehtiyatları azalıb - STATİSTİKA

Türkiyənin valyuta ehtiyatları azalıb - STATİSTİKA

Ötən həftə Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarında azalma müşahidə olunub. 


Sfera.az TCMB məlumatlarına istinadən xəbər verir ki, ötən həftə ərzində ümumi ehtiyatlar 150,4 milyard dollara qədər azalıb. Əvvəlki həftə ehtiyatlar 152,9 milyard dollar idi. 


Xalis ehtiyat göstəricilərində də azalma müşahidə olunub. TCMB-nin xalis ehtiyatları 47,8 milyard dollardan 43,7 milyard dollara düşüb. 


Svoplar istisna olmaqla xalis ehtiyatlarda da əhəmiyyətli azalma qeydə alınıb. Son həftədə svoplar xaric xalis ehtiyatlar 4,3 milyard dollar azalaraq 21,4 milyard dollar olub.


Vasif


OXŞAR XƏBƏRLƏR