Logo

ABŞ-nin faizləri endirməsi bu valyutanı bahalaşdıracaq - PROQNOZ

ABŞ-nin faizləri endirməsi bu valyutanı bahalaşdıracaq - PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də mərkəzi bank funksiyasını həyata keçirən FED-in faizləri endirəcəyi təqdirdə Çinin milli valyutası olan yuanın bahalaşacağı gözlənilir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Çin şirkətlərində dollarla ifadə edilən aktivlərin həcmi 1 trilyon dollar dəyərindədir.

ABŞ ekspertləri proqnozlaşdırır ki, çinli şirkətlər bu aktivlərin çox hissəsini satarsa, yuan 10 faizə qədər bahalaşacaq.

Qeyri-rəsmi məlumatlara görə, Çin firmaları pandemiyadan bəri ofşor zonalarda 2 trilyon dollar dəyərində investisiya toplayıb. Dollarla saxlanılan həmin vəsaitlərə görə, yuanla saxlanılan vəsaitlərlə müqayisədə daha yüksək faiz ödənilir.

Amerikalı bəzi ekspertlər proqnzolaşdırır ki, FED faizləri endirməyə başlayarsa, o halda dollar ucuzlaşacaq və bu valyutada saxlanılan vəsaitlərin bir hissəsi yuana dəyişdiriləcək. Yeni vəziyyət yuanın 5-10 faiz bahalaşmasına səbəb ola bilər.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR