Portağal şirəsinin dünya bazar qiyməti rekord həddə çatıb

Kateqoriya məlum deyil
T
Portağal suyunun birja qiymətləri yeni tarixi maksimuma çatıb.
Sfera.az xəbər verir ki, bu barədə ICE Futures məlumat yayıb.
Nəşr şirələrin qiymətlərinin Braziliyada sitrus meyvələrinin yığılması perspektivlərinin pisləşməsi fonunda artdığını açıqlayıb. Portağal məhsulunun 25% azalacağı və 1988-ci ildən bəri ən aşağı səviyyədə olacağı proqnozlaşdırılır.
Eyni zamanda, Braziliya Sitrus İxracatçıları Assosiasiyasının məlumatına görə, 2023-cü ilin sonunda dünya şirə ehtiyatları uzunmüddətli antirekordlara yaxın olub.
İnci
sfera.az






