Sürətlə artan kirayə mənzil QİYMƏTLƏRİ: Bahalaşmanın əsas səbəbi nədir?

Sürətlə artan kirayə mənzil QİYMƏTLƏRİ: Bahalaşmanın əsas səbəbi nədir?

Azərbaycanda mənzillərin kirayə qiymətində artım 2024-cü ildə də davam edib.

 

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, kirayə qiymətləri bu ilin avqustun 1-də ötən ilin eyni dövrünə nisbətən 8,8 faiz yüksəlib.

 

Azərbaycanda artıq bir neçə ildir ki, kirayə qiymətləri sürətlə artır. Mənzillərin kirayə xidmətinin dəyəri hər il təxminən 5-15 faiz intervalında yüksəlir.

 

Azərbaycanda kirayə qiymətlərində sürətli artımın 2 əsas səbəbi var:

 

Birinci səbəb Bakıda köhnə yaşayış binaların sökülərək yerində yeni yaşayış binalarının inşa edilməsidir. Bu işlər çərçivəsində yeni yaşayış binaları inşa edilənə qədər sakinlərə başqa mənzillərdə yaşaması üçün kirayə haqqı ödənilir. Çoxlu sayda mənzil sahibinin başqa evlərə kirayəyə çıxması kirayə qiymətlərinin artmasına səbəb olur. Bu cür layihələrin hələ bir neçə il davam edəcəyi gözlənilir.

 

Azərbaycanda kirayə qiymətlərini artıran ikinci səbəb Rusiya-Ukrayna müharibəsidir. 2022-ci ilin fevralında hərbi qarşıdurmanın baş verməsindən sonra Rusiyadan Azərbaycana yaşamaq üçün minlərlə insan gəlib. Həmin insanların əksəriyyəti kirayə mənzillərdə qalır ki, bu da kirayə bazarında qiymətləri artırır.

 

Hər iki amilin təsiri ilə hələ bir müddət də kirayə qiymətlərinin yüksəlməsi ehtimalı var. Buna görə də gələcəkdə, xüsusən paytaxtda kirayədə qalmaq böyük xərcə çevriləcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evin...

Dang qızdırmasının dəhşətli nəticələri kəşf edildi: Zehni zədələnmə riski 213%-dir

Qlobal istiləşmənin gəlişi ilə bütün dünyada bir sıra təhlükəli xəstəliklər yayılmağa başladı ki, bunlardan biri də ağcaqanadlar tərəfindən ötürülən Dang qızdır...

Üç min şəhidlə bağlı məlumat silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.   Sfera.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şura...

Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.   Sfera.az bildirir ki, ölüm səbəbi infarkt ...

ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.   ...

Meymun çiçəyi tüğyan edir: Peyvəndlər virusa yoluxma hallarının qarşısını alırmı?

Meymun çiçəyinin təhlükəli və inanılmaz dərəcədə yoluxucu yeni ştammı (meymun nəcisi də adlandırılır-red.) bütün dünyada yayılır. Xəstəlik alimləri bu təhlükəli...