Bu il Azərbaycan 14 milyon tondan çox neft İXRAC ETDİ

Bu il Azərbaycan 14 milyon tondan çox neft İXRAC ETDİ

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

 

Bu barədə Sfera.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

 

Məlumata görə, ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.

 

Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 5,44 %, dəyəri isə 2,32 % azdır.

 

Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payı 57,31 % olub.

 

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...