Tramp prezident seçilərsə, bu valyuta BAHALAŞACAQ

Tramp prezident seçilərsə, bu valyuta BAHALAŞACAQ

“Wall Street” brokeri “Bernstein” tərəfindən bazar ertəsi yayımlanan araşdırmaya əsasən, Donald Tramp noyabrda prezident seçkilərində qalib gələrsə, kriptovalyuta bazarlarında yüksəliş qeydə alınacaq. Kamala Harrisin qələbəsində isə əks dəyişiklik baş verəcək.

 

Sfera.az bildirir ki, anket sorğularında Harrisin daha çox dəstək qazanmasından sonra kriptovalyutaların ucuzlaşması bu ehtimalın reallığa yaxın olduğunu göstərir. 


“Bernstein” qeyd edib ki, Tramp və onu dəstəkləyənlər kriptovalyuta bazarı ilə əlaqəlidirlər: “Trampın başçılıq etdiyi Respublikaçılar tərəfi “Bitcoin” və digər kriptovalyutaların bazarının inkişafını dəstəkləyir. Hətta milli kriptovalyutanın yaradılması fikrini də qəbul edirlər”.


Tramp keçən ay Neşvildə keçirilən “Bitcoin” konfransındakı çıxışında kriptovalyuta bazarı ilə bağlı müsbət mesajlar verib və bildirib ki, seçiləcəyi təqdirdə ABŞ hökuməti “Bitcoin”ə sərmayə qoyacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR