Bakıda altı ayda 15.9 mlrd. manatlıq məhsul satılıb

Bakıda altı ayda 15.9 mlrd. manatlıq məhsul satılıb

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,5% artaraq 15 milyard 892,1 milyon manat olub.

 

Bu barədə Sfera.az-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 6775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9%-i hüquqi şəxs statuslu müəssisələrdə 48,7%i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq məhsul satılıb. Beləliklə I yarımildə ümumi ticarət dövriyyəsinin 58.3%-i paytaxtın payına düşüb. (report)


OXŞAR XƏBƏRLƏR

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...