Qlobal bazarlarda səhmlər BAHALAŞDI

Qlobal bazarlarda səhmlər BAHALAŞDI
Kateqoriya məlum deyil
T

ABŞ-də işsizliklə bağlı müraciətlərin azalması tənəzzüllə bağlı narahatlıqları azaldıb. Bu vəziyyət birjalarda indekslərin yüksəlməsinə, səhm alışının artmasına səbəb olub. 


Sfera.az xəbər verir ki, “S&P” 500 indeksi ötən gün ərzində 2,3 faiz artımla 2022-ci ilin noyabrından bu yana ən yaxşı gününü keçirib. “Nasdaq”da artım isə 3,1 faizə çatıb. Asiya əməliyyatlarında ABŞ fond fyuçerslərinin qiymətlərində artım müşahidə edilib, Asiya səhmləri dəyər qazanıb, Yaponiya, Honq-Konq və Cənubi Koreyanın əsas indeksləri 1 faizdən çox artıb. 


Xatırladaq ki, iyulun son günlərindən başlayaraq ABŞ-də və digər böyük iqtisadiyyata sahib olan ölkələrdə böhranın olacağına dair ehtimallar səsləndirilməyə başlanılıb.Buna səbəb kimi ABŞ-də məşğulluq göstəricilərinin yaxşı olmaması göstərilib. Birjalar bu tip məlumatlara həssaslıqla yanaşdığından dollar ucuzlaşıb, qızıl bahalaşıb, investorların qiymətli kağızlar bazarında satışları artırdığı görünüb. 


Böhran qorxusu mühüm malların, o cümlədən neftin də dəyərdən düşməsinə səbəb oldu. Bu baxımdan qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edən müsbət dəyişikliklərin baş verməsi yenidən birjalarda mülayim havanın hakim olmasına səbəb olub. 


Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR