Azərbaycanda qaz istehlakı azalıb - STATİSTİKA

Azərbaycanda qaz istehlakı azalıb - STATİSTİKA

2024-cü ildə Azərbaycanda qaz istehlakı azalıb, ixraca göndərilən qazın həcmi isə artıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda təbii qaz ehtiyatlarının 27,5 faizi ölkə daxilində istehlak edilib, 59,8 faizi ixrac olunub, 2,5 faizi isə itkiyə gedib. Qaz ehtiyatının daha 10,2 faizi ehtiyat kimi qalıb.


Bu il daxili istehlakın azalmasına paralel olaraq ixraca daha çox məhsul göndərilib. İlin birinci yarısında 13,08 milyard kub metr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox təbii qaz ixrac edilib.


Əhali 2,42 milyard kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az təbii qaz istehlak edib. Qazın daha çox hissəsi Bakıda istehlak olunub. Əhaliyə satılan qazın 38 faizi Bakı şəhərinin, 3,1 faizi Naxçıvan Muxtar Respublikasının, 11,7 faizi Abşeron-Xızı, 6 faizi Gəncə-Daşkəsən, qalanı digər iqtisadi rayonlarının payına düşüb.


Vasif


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...