Dollar ucuzlaşır, qızıl sürətlə bahalaşır - Yeni böhran gözlənilirmi?

Dollar ucuzlaşır, qızıl sürətlə bahalaşır - Yeni böhran gözlənilirmi?

Son 10 gündə ABŞ dollarının məzənnəsində enmə müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini ifadə edən Dollar İndeksi iyulun 27-dən sonra enişə keçib. Həmin tarixdə 105,6 olan indeks avqustun 2-də 104 səviyyəsinə, dünən isə 102 həddinə düşüb. Bu gün isə indeks bir qədər yüksələrək 102,7-yə çatsa da əvvəlki günlərlə müqayisədə xeyli aşağıdır.

 

Dollarının ucuzlaşmasının ilkin səbəbi ABŞ mərkəzi bankının faizləri sabit saxlaması idi. Son günlər isə yayılan bir xəbər maliyyə bazarlarında narahatçılıq yaratdığından dollar bir qədər də ucuzlaşıb. İddialara görə, ABŞ iqtisadiyyatında vəziyyət yaxşı deyil və yenidən maliyyə böhranın olma ehtimalı var. Bu iddialarla əlaqədar maliyyə bazarlarında satışlar artıb və bununla əlaqədar olaraq dollar ucuzlaşıb.

 

Yaranmış gərginliyi azaltmaq üçün ABŞ mərkəzi bankı açıqlama verib. Açıqlamada qeyd edilir ki, maliyyə böhranı ehtimalı gözlənilmir və müşahidə edilən durğunluq qısa müddətdə aradan qalxacaq.

 

Qeyd edək ki, maliyyə bazarlarında narahatçılığın yaranması qızılın dəyərini bir qədər də yüksəldib. Avqustun ilk günlərində bir troya unsiya (31,1 qram) qızılın qiyməti 2500 dolları ötmüşdü. Bu qiymət səviyyəsi bütün dövrlərin ən yüksək səviyyəsidir. Hazırda qızılın qiyməti 2443 dollara düşsə də yenə də qiymət çox yüksəkdir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...