Hansı şəxslərin sosial ödənişləri dayandırılacaq? - AÇIQLAMA

Hansı şəxslərin sosial ödənişləri dayandırılacaq? - AÇIQLAMA

"Baş nazir “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edib. Yeni qaydalar nədir, hansı hallarda ödənişlər dayandırılacaq və sosial ödənişlərin məbləğinə necə təsir göstərəcək? Yeni qaydalar sosial ödənişlərin elektron təyinatı sistemini daha da gücləndirir və bu baxımdan da qaydaların 3-cü bəndi sosial ödənişlərin proaktiv təyinatı ilə bağlıdır".

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisi deputatı Vüqar Bayramov bildirib.

 

“Qaydalara əsasən “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində təyinat aparılır. Bu müddət övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı zamanı cəmi 5 iş günüdür. Bütün bunlar ilə yanaşı, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir. Yəni həmin müavinətlər yalnız elektron qaydada tətbiq olunur. Bu sosial ödənişlərə əlçatanlığın gücləndirilməsinə və proseduraların ciddi şəkildə sadələşdirilməsinə xidmət edir. Sənəd, həmçinin sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı qaydalarını da müəyyən edir. Bu halda hər bir sosial müavinət üçün tələb olunan sənədlərin siyahısı ayrıca olaraq qeyd olunub”.

 

Deputat qeyd edib ki, qaydalara əsasən, sosial ödənişlər plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

 

“Yəni nağd şəkildə sosial ödənişin verilməsi qadağandır. Sənəd eyni zamanda sosial ödənişlərin ödənilməsinin dayandırılması qaydalarını da müəyyən edir. Təbii ki, əsas istiqamətlərin biri müddətli təqdim olunan təqaüd və kompensasiyaların ödənilmə vaxtının bitməsidir. Digər tərəfdən, dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi halı baş verəndə, təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric ediləndə, şəhidin, o cümlədən vəfat etmiş “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin həyat yoldaşı yeni nikaha daxil olanda, “Elektron məhkəmə” informasiya sistemində övladlığa götürmə ləğv olunanda və s. bir sıra digər hallarda ödənişlərin verilməsi dayandırılır. Sosial ödənişlərin məbləğinə gəldikdə isə bu qaydalar ödənişlərin təyin olunması, verilməsi və dayandırılması şərtlərini dəqiqləşdirdiyindən məbləği müəyyənləşdirmir. Sosial ödənişlərin məbləğləri ya cənab Prezident tərəfindən imzalanan Sərəncamlar, ya da birbaşa qanunla müəyyənləşir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

"Məsuliyyətə cəlb ediləcəksiniz" - Polisdən XƏBƏRDARLIQ!

Yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.    Bununla b...

Dünya bazarlarında neft yenidən BAHALAŞIR

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

İsrailin zərbələri nəticəsində Suriyada ölənlərin sayı 15 nəfərə çatdı

İsrail Silahlı Qüvvələrinin Suriyanın Masyaf şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakı aeroportu Formula 1-lə bağlı sərnişinlərə MÜRACİƏT ETDİ

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də öl...

Ronaldu karyerası ərzində 48-ci yığmaya qol vurdu

  Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci yığma komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır. &nb...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı...