Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs: “Sıfır tullantı” həmrəylik marafonuna start verildi

Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs: “Sıfır tullantı” həmrəylik marafonuna start verildi

Kapital Bank ətraf mühitin mühafizəsində yaxından iştirak edərək, korporativ sosial məsuliyyət strategiyasını uğurla davam etdirir. Bu istiqamətdə bankın fəaliyyətini həyata keçirən Qırmızı Ürəklər Fondu, Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır tullantı” həmrəylik marafonuna Göygöl rayonunda start verdi.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bundan əlavə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ölkəmizin ev sahibliyi etməsi, ətraf mühitin mühafizəsi mövzusunun ölkəmizdə əsas mövzulardan biri olduğunu göstərir.

 

Göygöl rayonunda baş tutan aksiyada Gəncə–Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən filial şəbəkələrindən 50-yə yaxın əməkdaş könüllü şəkildə iştirak edib. Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində insanları cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.

 

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov tədbirdə çıxış edərək: “Bu təşəbbüsün məqsədi ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir. Marafon iştirakçıları estafeti bir regiondan digər regiona ötürərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində müxtəlif regionlarda təşkil olunacaq təmizlik aksiyalarında iştirak edəcəklər” O, həmçinin digər təşkilatları da sosial məsuliyyət strategiyalarına uyğun olaraq ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən, cəmiyyət üçün faydalı olan belə təşəbbüslərə qoşulmağa dəvət edib.

 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...