“Bu bankın bağlanması sektor üçün uğurlu deyil” - Ekspert

“Bu bankın bağlanması sektor üçün uğurlu deyil” - Ekspert

"Naxçıvan Bank"ın bağlanmasının səbəbi kimi onun səhmdarlarının qərarı göstərilir. Belə ki, bu bankın maliyyə göstəriciləri qənaətbəxş olsa da, yəni likvid aktivləri kreditor öhdəliklərini üstələsə də, səhmdarlar onun bağlanmasına və BOKT-a (Bank Olmayan Kredit Təşkilatı) çevrilməsinə qərar verib.

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

 

“Əslində maraqlı məqamdır. BOKT-ların Bank olmaq arzusu ilə çarpışdığı bir dünyada "Naxçıvan Bank"ın səhmdarları niyə BOKT olmağı arzulayıb? Ümumiyyətlə, bankların sayının azalması bank sektorunda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir.

 

Düzdür, son bir neçə ildə bağlanan bankların maliyyə vəziyyəti elə idi ki, onsuz da bu bankların rəqabət mühiti üçün bir faydası yox idi. Amma yenə də hər hansı bankın bağlanması bu sektor üçün uğur deyil".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR