Vətəndaşlar hər 100 manatdan 5-ni içkiyə xərcləyirlər

Vətəndaşlar hər 100 manatdan 5-ni içkiyə xərcləyirlər

Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, bu, o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir. Millət vəkili qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır.

 

V.Bayramov vurğulayıb ki, adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir və istehlak artdıqca isə xərc də çoxalır.

 

"Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR