Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını MÜZAKİRƏ EDƏCƏK

Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını MÜZAKİRƏ EDƏCƏK
Kateqoriya məlum deyil
T

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcək.

 

Sfera.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.

 

"Bugünki tədbir iki ölkə arasında aqrar sahədə əlaqələrin inkişafına töhfə verəcək, əməkdaşlığı genişləndirəcək. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq sahələri genişdir, o cümlədən beynəlxalq səviyyədə əməkdaşlıq edirik. Azərbaycan Qazaxıstandan buğda alır. Bu gün forumda bir sıra sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edirlər", - deyə o qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR