"Yeni mərhələdə ÜDM artımı bundan asılı olacaq" - ŞƏRH

"Yeni mərhələdə ÜDM artımı bundan asılı olacaq" - ŞƏRH

Bu ilin ilk yarısında neft-qaz sektorunda 0.6 faiz artım qeydə alınıb. 

 

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda 59 milyard 520 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. 

 

“Qeyri neft-qaz sektorunda 6,9 faiz artım qeydə alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft istehsalının artması deyil, qaz hasilatının artması hesabına mümkün olub. Belə ki, əmtəəlik neft hasilatı 4.9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu, fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır”.

 

V.Bayramov qeyd edib ki, sənaye məhsulunun 65.0 faizi mədənçıxarma sektorunun payına düşür:

 

“Yəni sənayedə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorların inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq. Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazarı ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR