Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Bu il Azərbaycanın ixracında azalma, idxalında isə artım müşahidə edilir.

 

Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayı ərzində ixrac 18 milyard dollar olduğu halda, bu ilin eyni dövründə ixracın dəyəri 12,9 milyard dollara düşüb.

 

Bu ilin altı ayı ərzində ixracda 5,1 milyard dollar və ya 28,33 faiz azalma baş verib. 2024-cü ildə ixracdan fərqli olaraq, idxalda artım qeydə alınıb. Bir il əvvəl idxal 8,2 milyard dollar oduğu halda, bu ilin ilk yarısında 8,87 milyard dollara yüksəlib.

 

İxrac və idxalın dəyərində baş verən dəyişiklik səbəbindən Azərbaycanın xarici ticarət əməliyyatlarında profisitin məbləği xeyli azalıb. Ötən il profisitin məbləği 9,77 milyard dollar olduğu halda, bu ilin ilk yarısında 4 milyard dollara qədər kiçilib.

 

Xarici ticarətdə profisitin kiçilməsi neft-qaz sektoru ilə bağlı olub. Bu sektor üzrə ixracda ciddi azalma baş verib. Bir il əvvəl neft-qaz sektoru üzrə altıaylıq ixrac 16,2 milyard dollar təşkil etmişdi. Bu il neft-qaz sektoru üzrə ixrac 4,9 milyard dollar azalaraq 11,3 milyard dollara düşüb.

 

Neft-qaz sektoru üzrə ixracın ciddi azalması Azərbaycanın xarici ticarət əməliyyatlarına mənfi təsir edib.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR