Çindən mal almaq problemə çevrildi - Rusiyalı iş adamlarından ŞİKAYƏT

Çindən mal almaq problemə çevrildi - Rusiyalı iş adamlarından ŞİKAYƏT

Çin və Rusiya arasında ödənişlərdə problemlər yaranıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Bloomberg” əldə edib.

 

Məlumata əsasən, 2024-cü ilin iyunundan ABŞ ikinci dərəcəli sanksiyaların parametrlərini genişləndirdikdən sonra Çin və Rusiya arasında hətta yuanla ödənişlər etmək də mümkünsüz olub. Rusiya ixracatçıları ABŞ-nin iyun ayında sanksiyalarının genişlənməsi fonunda Çinlə ödənişlər edərkən getdikcə daha çox problemlərlə üzləşirlər - belə əməliyyatlar ya dondurulur, ya da ciddi şəkildə gecikdirilir.

 

“Bloomberg”ə danışan böyük rus tədarükçüləri deyir ki, Çindən Rusiyaya birbaşa ödənişlər etmək artıq mümkün deyil. Tədarükçülərdən biri bildirib ki, bu ay hətta Rusiya kənd təsərrüfatı məhsullarının bəzi çinli alıcıları ödənişlər etməkdə problemlə üzləşiblər.

 

“Astra Asset Management” şirkətinin sərmayə üzrə direktoru Dmitri Polevoy isə “Bloomberg”ə müsahibəsində ödənişlərdə gecikmələrə toxunaraq bildirib ki, hələlik idxalda açıq-aşkar çətinlik müşahidə edilmir, lakin rublla idxal artıq azalmağa başlayıb. Onun sözlərinə görə, rublla idxalda azalma nəzərəçarpacaq dərəcədədir.

 

Xatırladaq ki, ötən ilin sonundan etibarən Rusiyanın Birləşmiş Ərəb Əmirliyi, Türkiyə və Hindistanla ödənişlərində çətinlik yaranıb. Çətinliyin yaranmasına səbəb ABŞ-nin ikinci dərəcəli sanksiyalar tətbiqidir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR