Neft Fondunun aktivləri 58 milyard dolları ötdü - RƏSMİ

Neft Fondunun aktivləri 58 milyard dolları ötdü - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 2024-cü ilin birinci yarısında 3,4 faiz və ya 2 milyard dollara yaxın artaraq 58 milyard dollara çatıb.

 

Sfera.az ARDNF-yə istinadən xəbər verir ki, ötən ilin sonunda aktivlərin həcmi 56 milyard 70 milyon dollar idi. Bu ilin 6 ayında ARDNF-nin gəlirləri xərclərindən 2,8 milyard manat çox olub.

 

Fondun büdcə gəlirləri 9,25 milyard manat, xərcləri isə 6,4 milyard manat təşkil edib. Neft Fondunun əsas gəliri mənfəət neftinin və qazın satışından (5,66 milyard manat) və Fondun valyuta vəsaitlərinin idarə olunmasından (2,82 milyard manat) olub.

 

Altı ay ərzində ARDNF dövlət büdcəsinə 6,4 milyard manat vəsait köçürüb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR