Ev alanlara 34,6 mln. manat ƏDV qaytarılıb

Ev alanlara 34,6 mln. manat ƏDV qaytarılıb

“2022-ci ilin noyabrından 2024-cü il iyulun 1-dək vətəndaşlar tərəfindən müvafiq portal üzrərindən ümumilikdə 16.329 müraciət daxil olub ki, həmin müraciətlərdən 8.563-ü üzrə 34,6 mln. manat vəsaitin ödənilməsi təmin edilib”​.

 

Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı yaydığı məlumatında bildirilib.

 

Qeyd edilib ki, bu ilin 6 ayı ərzində portal üzrərindən 2.597 müraciət daxil olub:

 

“Həmin müraciətlərdən 1.802-si üzrə 9.2 mln. manat vəsait vətəndaşlara ödənilib, müvafiq qaydaların tələblərinə əsasən, 526 müraciət üzrə ödənişdən imtina olunub.

 

Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.398 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, onlardan 917-si təsdiqlənib.

 

ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bu isə həmin sahədə mövcud olan bəzi çətinlikləri aradan qaldırıb”.

 

Qeyd edilib ki, imtina hallarına səbəb olan bir sıra məqamlar mövcuddur:

 

“Bunlar son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir”.


OXŞAR XƏBƏRLƏR

Uçuş təxirə salındı - Sərnişinləri təyyarədən düşürdülər

Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan "Aeroflot"a məxsus "SU-2139" təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bil...

İtkin düşən 9 nəfər tapıldı

Yanvarın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı apa...

Zəngəzur dəhlizi: Regionun gələcəyini dəyişən strateji yol - Elnur Məcidli YAZIR...

Zəngəzur dəhlizi, Cənubi Qafqazda mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhliz, Azərbaycanı Naxçıvan Muxtar...

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...