“Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına oldu

“Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına oldu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilmiş və iyulun 2-də Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilmiş “Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub.

 

Sfera.az ASCO-ya istinadla məlumat verir ki, tanker buradan qəbul etdiyi xam nefti iyulun 17-də Səngəçal Dəniz Limanına çatdırıb.

 

Uzunluğu 141 metr, eni 16,9 metr olan yeni nəsil “Zəngilan” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Tanker ümumi tutumu 9212 kubmetr olan yük çəninə malikdir, onun dedveyti 7800 tondur.

 

Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır.

 

“Zəngilan” Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşımaq mümkündür.

 

Onu da qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda hazırda ASCO üçün daha 3 tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər verilib və müvafiq müqavilələr imzalanıb.


OXŞAR XƏBƏRLƏR

Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollar...

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszad...

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...