Şirkətlər bu bankdan pullarını geri çəkir - Rəqəmlər KƏSKİN DƏYİŞDİ

Şirkətlər bu bankdan pullarını geri çəkir - Rəqəmlər KƏSKİN DƏYİŞDİ

2024-cü ilin birinci yarısında “Yapı Kredi Bank Azərbaycan”da hüquqi şəxslərə məxsus olan depozitlərin həcmində 6,3 faiz azalma qeydə alınıb.

 

Bankın açıqladığı məlumatlara görə, altı ay ərzində hüquqi şəxsin depozitlərinin həcmi 276,7 milyon manatdan 259,3 milyon manata qədər azalıb. Şirkətlər qısa müddətdə bankdan 17,4 milyon manat vəsaiti götürüblər.

 

“Yapı Kredi Bank Azərbaycan” orta böyüklükdə olan bankdır. Onun aktivlərinin həcmi 527 milyon manat, məcmu kapitalı isə 102 milyon manat təşkil edir.

 

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” Türkiyənin “Yapı ve Kredi Bankası”na məxsusdur. “Yapı ve Kredi Bankası” isə Türkiyənin ən böyük şirkətlərindən olan “Koç Holding”ə daxildir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR