Qızılın qiyməti sürətlə bahalaşır - Yeni rəqəmlər

Qızılın qiyməti sürətlə bahalaşır - Yeni rəqəmlər

Son günlər beynəlxalq birjalarda xalis qızıl yenidən bahalaşır. Hazırda bir qram xalis qızılın (999,99 əyar) dəyəri 78 dolları (132 manat) ötüb.

 

Sfera.az xatırladır ki, mövcud qiymət bu ilin mayında qeydə alınan dəyəri (78,8 dollar) nəzərə almasaq, ən yüksək qiymətdir. Ümumilikdə, qızılın dəyəri ötən ayın son günlərindən yüksəlməyə başlayıb və bu proses hələ də davam edir.

 

Bahalaşmanın baş verdiyi ilk günlərdə qızılın qiyməti 74 dollar idi. Hazırkı qiymət üç həftə əvvəlki qiymətdən 4 dollar yüksəkdir.

 

Qızılın son günlər bahalaşması Asiya bazarında tələbin artması ilə əlaqədardır. Son günlərdə qızıla tələbin artması ABŞ-də faizlərin endiriləcəyi gözləntisi ilə bağlıdır. Bu gözləntiyə görə, dollar ucuzlaşacaq və bunun nəticəsində qızılın dəyəri artacaq. Buna görə də mərkəzi banklar, iri investisiya qurumları, hətta fiziki şəxslər qızıl alışını artırıblar ki, bu da nəcib metalın dəyərini yükəldir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Övladlarınızı vaxtında məktəbə göndərin. Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec başlaması təhsil hüququnun gec...

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələdi

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.   Sfera.az bu barədə Maliyyə Naz...

24 yaşında qəzada ölən Ramazanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovu...

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...