Dünyada dollar UCUZLAŞIR

Dünyada dollar UCUZLAŞIR

Son 15 gündə qlobal səviyyədə ABŞ dollarının ucuzlaşması müşahidə edilir. 


Sfera.az xəbər verir ki, ötən ayın sonlarında Dollar İndeksi 105,7 olduğu halda hazırda 103,7 səviyyəsinə qədər geriləyib. 


Dolların ucuzlaşması avro/dollar məzənnəsində də görünür. On beş gün əvvəl bir avro 1,065 dollar idi. Amma hazırda bir avro 1,09 dollara dəyişdirilir. 


Dolların ucuzlaşması daha çox ABŞ mərkəzi bankının faizləri endirəcəyi ilə bağlı yayılan məlumatlarla əlaqəlidir. ABŞ-də inflyasiyanın zəifləməsi faizlərin endirilməsi ehtimalını gücləndirir. 


Bununla yanaşı avrozona ölkələrinin iqtisadiyyatında müsbət proseslərin müşahidə edilməsi də avronu bahalaşdırır. Avronun bahalaşması isə öz növbəsində dolların ucuzlaşmasına səbəb olur. 


Qərb ekspertlərinin fikrincə, müəyyən müddət üçün dolların bir qədər də ucuzlaşması ehtimalı var. Lakin onlar dolların 2021-ci ildə olduğu kimi daha çox ucuzlaşacağını gözləmirlər. 


Xatırladaq ki, 2021-ci ilin əvvəllərində bir avro 1,21 dollara qədər bahalaşmışdı.


Vasif
 


OXŞAR XƏBƏRLƏR