Rusiyada ÜDM beş ayda 5 faiz artıb

Rusiyada ÜDM beş ayda 5 faiz artıb

“Bu ilin ilk beş ayında Rusiyada ÜDM 5% artıb ki, bu da proqnozlaşdırılandan xeyli yüksəkdir”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin iqtisadi məsələlərə həsr olunmuş iclasda deyib.

 

"Bu gün biz iqtisadiyyatdakı mövcud vəziyyəti müzakirə edəcəyik. Dinamika yüksək olaraq qalır - may ayında artım aprellə müqayisədə bir qədər sürətlənərək 4,5%-ə çatıb. Beş ayın statistikasını götürsək, ümumi daxili məhsul analoji göstərici ilə müqayisədə 5% artıb. Bizi dayandırmaq üçün edilən bütün cəhdlərə baxmayaraq, artım proqnozlardan xeyli yüksəkdir”, - o bildirib.

 

Mişustinin sözlərinə görə, iqtisadiyyatın real sektorunda da rəqəmlər müsbətdir. Yanvar-may aylarında istehsal sektoru demək olar ki, 9% artıb. Mişustin bu sahədə əsas hərəkətverici amillərdən biri kimi maşınqayırmanın iki rəqəmli artım sürətini göstərdiyini qeyd edib.

 

"Çox vacib olan odur ki, investisiyalar artmaqda davam edir, bu isə o deməkdir ki, gələcək üçün yaxşı təməl qoyulur. Birinci rübün sonunda onlar demək olar ki, 15% artıb. Regionlar da müəssisələrin inkişafına investisiya yatırmaqda fəallaşıb”, - Baş nazir əlavə edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR