Rusiya yenidən bu ixraca QADAĞA QOYDU - Avqustun 1-dən...

İqtisadiyyat
16:35 / 12.07.2024
8363
Rusiya yenidən benzin ixracına qadağa qoyub.
Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Rusiya Federal Rəqabət Xidməti (FAS) qəbul edib.
FAS-dan verilən açıqlamada qeyd edilir ki, benzin ixracına əvvəl qoyulan qadağa tələbatın yüksək olduğu dövrlərdə daxili bazarda vəziyyəti stabilləşdirib. Bunu nəzərə alaraq FAS yenidən benzin ixracına məhdudiyyəti dəstəkləyib.
Qərara əsasən, bu ilin avqustun 1-dən benzin ixracı dayandırılacaq. Xatırladaq ki, 2024-cü ilin martın 1-də də oxşar qərar qəbul edilmişdi.
Vasif