Dollar UCUZLAŞACAQ? - 2024-cü ilin sonunda... - PROQNOZ

Dollar UCUZLAŞACAQ? - 2024-cü ilin sonunda... - PROQNOZ

Dünyanın ən böyük banklarından biri olan İngiltərənin HSBC-nin proqnozuna görə, ABŞ dolları hələ 2025-ci ilin sonuna qədər güclü olacaq.

 

Sfera.az xatırladır ki, 2024-cü ilin son rübündə ABŞ mərkəzi bankı (FED) faiz dərəcələrini endirməyə hazırlaşır. Hazırda 5 faizdən yüksək olan dərəcələrin tədricən aşağı salınması gözlənilir.

 

HSBC-nin ekspertləri hesab edir ki, faizlər endirilsə də dollar çox ucuzlaşmayacaq və böyük iqtisadiyyata sahib digər ölkələrin valyutalarına nəzərən gücünü qoruyacaq.

 

Qeyd edək ki, faizlərin azaldılacağına dair məlumatların yayılmasından sonra dollar bir qədər ucuzlaşıb. ABŞ dollarının qlobal dəyərini ifadə edən Dollar İndeksi iyulun geridə qalan dövrü ərzində 105,5 həddindən 104,2 həddinə düşüb. Dollar İndeksinin enməsinin səbəbi məhz FED-in faizləri endirəcəyi gözləntisi ilə əlaqədardır.

 

HSBC proqnozlaşdırır ki, Dollar İndeksi ensə də 104-dən aşağı düşməyəcək, hətta daha çox 105 həddinə yaxın olacaq. Bankın mütəxəsislərinin şərhinə əsasən, dolların yenidən ucuzlaşması qiymətlərdə artımı gücləndirə bilər. Buna görə də HSBC hələ bir müddət də bahalı dolların qalacağını təxmin edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR