Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda iqtisadi artım qeydə alınıb? - ŞƏRH

Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda iqtisadi artım qeydə alınıb? - ŞƏRH

"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer yenidən Ermənistandadır və yenidən İrəvanı tərifləyən paylaşımları ilə diqqəti çəkib. İrəvandan etdiyi sonuncu paylaşımda xanım Pauer Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan iqtisadiyyatının 30, maaşların isə 87 faiz artıdığını bildirib və bunu həmin ölkədə demokratik inqilab ilə əlaqələndirib".


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

Millət vəkili qeyd edib ki, Ermənistandakı iqtisadi artım sözdə demokratiya ilə deyil, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra re-eksport (yenidən ixrac) hesabına mümkün olub:

 

“Sanksiyalardan yayınan Ermənistan son 2 ildə Rusiyaya ixrac və idxalını kəskin artıb. Rəqəmlər öz sözünü deyir: Ermənistanda ÜDM artımı: 2020-ci ildə mənfi (-) 7,2 %, 2021-ci ildə 5,7 % (əvvəlki ildəki kəskin azalma ilə əlaqədar), 2022-ci ildə 12,6 %, 2023-cü ildə 8,7 %. Baş nazir Paşinyan hakimiyyətə gələndən, yəni USAİD rəhbərinin qeyd etdiyi 2018-ci ildən sonrakı 3 ildə Ermənistanda ÜDM cəmi 1,2% artıb. Lakin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın ÜDM-i 75,0% artaraq 13,86 milyard dollardan 2023-cü ildə 24,21 milyard dollara yüksəlib”. 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR