Avro sürətlə BAHALAŞIR - ABŞ-də faizlər endirilərsə...

İqtisadiyyat
17:47 / 11.07.2024
4557
Son 15 gündə avronun dollar qarşısında bahalaşması müşahidə edilir.
Sfera.az xəbər verir ki, iyunun 26-da bir avro 1,068 dollar olduğu halda, hazırda məzənnə 1,085-ə yüksəlib.
Avronun bahalaşması Azərbaycanda da baş verib. On beş gün əvvəl bir avro 1,82 manat idi. Amma hazırda məzənnə 1,842-dir. Avronun bahalaşmasına səbəb Avropa İttifaqı ölkələri ilə bağlı gələn müsbət xəbərlərdir.
Avropanın bir neçə ölkəsində iqtisadi artımın qeydə alınması, eləcə də inflyasiya səviyyəsinin aşağı düşməsi avronu bahalaşdırıb. Avronun məzənnəsi ABŞ mərkəzi bankının qəbul edəcəyi qərarlardan da asılı olacaq. ABŞ-də faizlər endirilərsə avro bir qədər də bahalaşacaq.
Vasif