Azərbaycanda ən yüksək maaş hansı sahələrdədir?

Azərbaycanda ən yüksək maaş hansı sahələrdədir?

2024-cü il iyunun 1-nə olan məlumata əsasən, Azərbaycanda orta aylıq əməkhaqqının məbləği 1003,3 manata geriləyib.

 

Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, mayın 1-i ilə müqayisədə orta maaş 4,2 manat azalıb.

 

Bir ay əvvəl orta maaş 1007,5 manat təşkil edirdi. Qismən azalmaya baxmayaraq, orta maaş bir il əvvəlki dövrlə müqayisədə 9,4 faiz artıb.

 

2024-cü il iyunun 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 749 min nəfər əmək müqaviləsi ilə çalışıb. İşçilərin 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Azərbaycanda ən yüksək orta maaş mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində olub.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR