1,9 milyon vətəndaşın əməkhaqqı və pensiyası ARTIRILIB

İqtisadiyyat
12:23 / 31.05.2024
6371
2023-cü ildə maliyyə tutumu 749,8 milyon manata bərabər olmaqla 1,9 milyon nəfər vətəndaşın əməkhaqqı, sosial müavinət və ya pensiyalarında artım edilib.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, 2023-cü il yanvarın 1-dən sosial müavinətlər və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 33,0 faiz artırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği 15 faiz artırılıb.
Ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan 165 minə yaxın işçinin əməkhaqlarının artımı üçün 142,7 milyon manat vəsait sərf edilib.
Firuzə Əliyeva