Bu rayonda hər 100 işçidən 62-si iş yerini itirib - RƏSMİ

Bu rayonda hər 100 işçidən 62-si iş yerini itirib - RƏSMİ

Son bir ildə Naxçıvan Muxtar Respublikasında muzdla (müqavilə əsasında işləyənlər - red.) çalışan işçilərin sayında iki dəfəyə yaxın azalma qeydə alınıb.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin aprelin 1-də muxtar respublikada 108 970 işçi çalışdığı halda, bu ilin aprelin 1-də işçi sayı 59 778 nəfərə düşüb.

 

Son bir il ərzində işçi sayında 49 192 min nəfər, yəni 45,1 faiz azalma qeydə alınıb.

 

Azalma muxtar respublikanın bütün şəhər və rayonlarında baş verib. Lakin daha çox fərq muxtar respublikanın paytaxtı olan Naxçıvan şəhərində olub.

 

Naxçıvan şəhərində bir ildə işçi sayı 56 341 nəfərdən 30 710 nəfərə geriləyib. Bununla da paytaxtda işçi sayı 45,5 faiz azalıb.

 

İşçilərin sayında ən sürətli azalma isə Sədərək rayonunda müşahidə edilib. Bu rayonda hər 100 işçidən 62-si iş yerini itirib. Bir il əvvəl rayonda 3 179 işçi olduğu halda, bu ilin aprelin 1-də onların sayı 1 202 nəfərə düşüb.

 

Muxtar respublikada dövlət müəssisə və təşkilatlarında işçilərin sayı demək olar ki, azalmayıb.

 

Azalma qeyri-dövlət müəssisə və təşkilatlarında baş verib və həmin sektorda işçi sayı təxminən 3 dəfə azalıb.

 

Əvvəl 72 285 olan işçi sayı, bu il 23 195-ə düşüb. İşçi sayının azalmasından sonra muxtar respublikada orta aylıq əməkhaqqı məbləği artıb. Bir il əvvəl 645 manat olan orta əməkhaqqı bu il 767 manata yüksəlib.

 

Yəni, muxtar respublika ərazisində maaş səviyyəsi təxminən 19 faiz artıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Vatikanın bacasından qara tüstü çıxır – Bu nə deməkdir?

Dünyanın ən məşhur bacasından qara tüstü çıxır. Çərşənbə günü 70 ölkədən 133 kardinaldan ibarət qrup Papa Fransiskin vəfatından sonra 267-ci pontifi seçmək...

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsi...

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçi...

ABŞ 10 gündə iki döyüş təyyarəsini itirdi

ABŞ-ın 60 milyon dollarlıq qırıcı təyyarəsi uğursuz eniş zamanı Qırmızı dənizə düşüb, iki pilot yaralanıb. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin 10 gündən az müddətd...

Bitkoinin qiyməti 100 min dolları ötdü

Ticarət zamanı bitkoinin qiyməti 7 fevral 2025-ci ildən bəri ilk dəfə olaraq 100 min dolları ötüb.   Sfera.az xəbər verir ki, bu barədə “Binanc...

Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırı...