Azərbaycana ən çox avtomobil bu ölkələrdən gətirilir - STATİSTİKA

Azərbaycana ən çox avtomobil bu ölkələrdən gətirilir - STATİSTİKA

2024-cü ilin birinci rübündə Azərbaycana 19 571 ədəd avtomobil gətirilib. Bu qədər avtomobilin idxalına isə 361 milyon dollardan çox pul xərclənib.

 

Bəs Azərbaycana gətirilən avtomobillər hansı ölkələrdən idxal edilir?

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin çox hissəsini minik avtomobilləri təşkil edib.

 

Birinci rüb ərzində 17 610 ədəd minik avtomobili gətirilib. Bu avtomobillərlə yanaşı, 1 821 ədəd yük avtomobili, 105 ədəd xüsusi təyinatlı avtomobil , 35 ədəd avtobus idxal olunub.

 

Minik avtomobillərinin 13 165 ədədini benzin və dizel mühərrikli maşınlar təşkil edib. Rəsmi statistik məlumatlara əsasən, birinci rübdə dizel və benzin mühərrikli (daxili yanma mühərriki) avtomobillərin çoxu Koreyadan idxal olunub.

 

Daxili yanma mühərriki ilə çalışan minik avtomobillərinin 5 519 ədədi, yəni 42 faizi Koreyadan gətirilib. 2 156 ədədi ABŞ-dən, 1 219 ədədi Almaniyadan, 1 030 ədədi isə Çindən idxal olunub.

 

Hibrid avtomobillərin çox hissəsi Yaponiya, Çin, ABŞ, Koreya və Cənubi Afrika Respublikasından gətirilib.

 

Birinci rüb ərzində idxal olunan 3 615 ədəd hibrid avtomobilin 1 052 ədədi Yaponiyadan, 946 ədədi Çindən, 425 ədədi ABŞ-dən, 365 ədədi Koreyadan, 274 ədədi Almaniyadan, 2013 ədədi Cənubi Afrika Respublikasından gətirilib.

 

Elektrik avtomobillərinin idxalında isə ən böyük pay Çinə məxsusdur. İdxal olunan 830 ədəd elektromobilin 705 ədədi Çindən alınıb.

 

Digər növ avtomobillərə gəldikdə, burada Almaniya böyük üstünlüyə sahibdir. Həm avtobusların, həm də yük avtomobillərinin çox hissəsi Almaniyadan idxal edilib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...