“Oreo”nun istehsalçısı 337 milyon avro cərimələnib – SƏBƏB

“Oreo”nun istehsalçısı 337 milyon avro cərimələnib – SƏBƏB

Avropa İttifaqı Komissiyası ABŞ-nin “Mondelez International” şirkətini 337 milyon avro cərimələyib. Komissiya şirkətin Avropada rəqabət qaydalarını pozduğuna görə belə bir addımı atıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Mondelez International” dünyanın ən böyük şokolad və biskvit istehsalçılarından biridir.


Şirkət “Cote d'Or”, “Milka”, “Oreo”, “Ritz”, “Toblerone” və “TUC” kimi tanınmış şokolad və biskvit markalarına, həmçinin HAG, “Jacobs” kimi qəhvə markalarına sahibdir. 
Açıqlamada “Mondelez”in qeyri-qanuni hərəkətlərinin pərakəndə şirkətlərin ittifaq ölkələrində daha aşağı qiymətə məhsul təqdim etməsinə mane olduğu və daxili bazarı süni şəkildə böldüyü, bu təcrübələrin Avropa İttifaqının rəqabət qaydalarına zidd olduğu bildirilib. Şirkət rəqabət qaydalarını pozduğuna görə 337,5 milyon avro cərimələnib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR