Əcnəbilərin Azərbaycan banklarında nə qədər pulu var? - RƏQƏMLƏR

Əcnəbilərin Azərbaycan banklarında nə qədər pulu var? - RƏQƏMLƏR

2024-cü ilin mayın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında əcnəbilərin 1 milyard 259 milyon manat dəyərində əmanəti var. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, əcnəbilərin vəsaiti bu il ərzində cəmi 17 milyon manat artıb. Birillik müqayisədə isə əcnəbilərin banklarda olan pullarında artım 64,9 milyon manat olub. 


Xarici ölkə vətəndaşları pullarını daha çox xarici valyutada saxlayırlar. Onların əmanətlərinin 872 milyon manatı, yəni 69 faizdən çoxu xarici valyutadadır. Əmanətlərin 387 milyon manatlıq qalan hissəsini isə manatla olan vəsaitlər təşkil edib. 


Azərbaycan banklarında əcnəbilərin əmanətlərinin artmasına 2022-ci ildən rast gəlinib. 2021-ci ildə 301 milyon manat olan əmanətlərin həcmi 2022-ci ildə 1,17 milyard manata, 2023-cü ildə 1,24 milyard manata yüksəlib. 


Əcnəbilərin banklarımızda olan vəsaitlərinin artması Rusiya-Ukrayna müharibəsindən sonra müşahidə edilib. Müharibə başlayandan sonra Rusiyadan Azərbaycana bir neçə milyard dollar dəyərindən vəsait köçürülüb. Həmin vəsaitlərin bir hissəsi Azərbaycan banklarında yerləşdirilib.


Vasif


OXŞAR XƏBƏRLƏR