“Xərclərin 60-65 faizi ərzağın alınmasına gedir, bu, yoxsulluq göstəricisidir” - Ekspert 

“Xərclərin 60-65 faizi ərzağın alınmasına gedir, bu, yoxsulluq göstəricisidir” - Ekspert
Kateqoriya məlum deyil
T

Azərbaycan əhalisinin ərzaq məhsullarının alınmasına sərf etdiyi vəsaitin payı çoxdur. Ölkəmizin pərakəndə ticarətində ərzağa xərclənən pulun payı qabaqcıl ölkələrlə müqayisədə bir neçə dəfə yüksəkdir. 


Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 


N.Cəfərli xatırladıb ki, 2024-cü ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17 milyard manat dəyərində mal satılıb.

 

“Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib”, - deyən ekspert söyləyib ki, içkilər və tütün məmulatlarını nəzərə almasaq, ilk 4 ayda ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. 


Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2%-nin ərzaq məhsullarının alınmasına ayrıldığını bildirən N.Cəfərli bunun olduqca yüksək göstərici olduğunu vurğulayıb. Onun məlumatına görə, qabaqcıl ölkələrdə belə yüksək göstəriciyə rast gəlinmir: “Əhali xərclədiyi hər 100 manatın 51 manat 20 qəpiyini ancaq ərzağın alınmasına ayırıb. Bu, əsl yoxsulluq göstəricisidir. İnkişaf etmiş ölkələrdə pərakəndə ticarət  xərclərinin 20%-dən çoxunu ancaq qidalanmağa ödəyən insan artıq yoxsul sayılır. Çində belə vətəndaşın ərzağa xərclədiyi vəsait ümumi xərclərinin 15%-ni keçmir.


Azərbayanda məhəllə meyvə-tərəvəz dükanlarından, kiçik marketlərdən, yol kənarlarından və s. alınan ərzaq məhsulları statistikaya düşmür və ya təqribi hesablanır. Onları da hesaba qatsaq, ərzaq xərclərinin payının 51,2% deyil, 60-65% olduğu anlaşılar”.


Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR