Azərbaycanda düyünün qiyməti BAHALAŞACAQ - SƏBƏB

Azərbaycanda düyünün qiyməti BAHALAŞACAQ - SƏBƏB

Əlverişsiz hava şəraiti düyü bazarında növbəti qiymət artımlarına səbəb olub. 


Sfera.az xatırladır ki, düyünün bahalaşması ötən ildən müşahidə edilir. Ötən il Hindistanın ixraca məhdudiyyət tətbiq etməsi və düyü yetişdirilən ölkələrdə quraqlığın yaranması bahalaşma ilə nəticələnib. Bu amillərlə yanaşı Braziliyanın cənubunda dağıdıcı daşqınların yük daşımalarında çətinlik yaratması da qiymətlərin artması yönündə təsir göstərir. 


Sadalanan səbəblərlə əlaqədar Asiya bazarında düyü qiymətləri aprelin əvvəlindən 71 dollar artaraq bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ilin ən yüksək qiymətidir. 


Düyü Asiya və Afrikada milyardlarla insanın istehlak etdiyi əsas qida məhsullarından biridir. Bu məhsulun bahalaşması dünyada xeyli sayda insanın düyü ilə təminatını çətinləşdirəcək.


Azərbaycanda da düyünün qismən bahalaşması müşahidə edilir. Xarici bazarlarda baş verin qiymət artımları, yəqin ki, tezliklə Azərbaycan bazarına da sirayət edəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...