Azərbaycanın Belarusla nəqliyyat və daşımalar sahəsində əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

Azərbaycanın Belarusla nəqliyyat və daşımalar sahəsində əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ
Kateqoriya məlum deyil
T

Azərbaycanın Belarusla dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlığı müzakirə edilib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

 

"Ölkəmizdə səfərdə olan Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə görüşdük. Azərbaycandan keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi apardıq" -nazir əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR