Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Kateqoriya məlum deyil
T

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin “Yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Belə ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

 

 İstiqrazlar üzrə məlumatlar:

 

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiÖdəmə periodu

Hərrac tarixi

Tədavül

müddəti

AZ2005003556Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar100 000

(ədəd)

100 manat9.5%Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)15.05.20242 il

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR