Neft Fondunun neft və qazdan gəlirləri AÇIQLANDI

Neft Fondunun neft və qazdan gəlirləri AÇIQLANDI

Azərbaycan Dövlət Neft Fondunun 2024-cü ilin yanvar-aprel ayları ərzində “Azəri-Çıraq-Günəşli” neft yatağından və “Şahdəniz” qaz-kondensat yatağından gəliri 2 milyard dolları ötüb. 


Sfera.az Fondun açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu müddət ərzində “Azəri-Çıraq-Günəşli” yatağından gəlirlər 1,8 milyard dollara yaxın, “Şahdəniz” yatağından gəlirlər 202,7 milyon dollardan çox olub. 


“Şahdəniz”dən gəlirlərin 60,8 milyon dollara yaxını kondensatın satışından əldə edilib.


Əlavə edək ki, Neft Fondunun yaradıldığı 2001-ci ildən 2024-cü ilə qədər neft və qaz satışından gəlirləri 180 milyard dollara yaxın idi. Bu ilin ilk 4 ayının nəticəsi də nəzərə alınarsa, gəlirlər 182 milyard dollara çatıb.


Vasif


OXŞAR XƏBƏRLƏR