Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qaz isə İrandan alınır.

 

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Onun sözlərinə görə, Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100% səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir:

 

“Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 m3 üçün 165 dollara satır – kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var: Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır – yəni hər 1000 m3 üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil. “Qazprom Ermənistan” əhaliyə qazı, təqribən, ikiqat artıq qiymətə satır, yəni bütün infrastrukrur əlindədir deyə, “Qazprom” özü-özünə qazı ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür.

 

Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür, ona görə də rəsmi İrəvan alternativ qaz mənbələri axtarır. İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. m3 qaz tədarük edə bilər. Həmçinin İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir.

 

Bu kontekstdə Ermənistanın Azərbaycandan qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir. Azərbaycan çox rahat şəkildə (infrastruktur var, cari təmirə ehtiyac olacaq) Ermənistanı qazla təmin edə bilər. Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər.

 

Ermənistan, nəhayət ki, mifiq ideyalardan əl çəkib reallığı qəbul etməli, doğrudan da “tarixi Ermənistanı” unudub, real sərhədlərinin təminatı haqqında düşünməlidir – bunun üçün tarixi, unikal şans yaranıb”.


OXŞAR XƏBƏRLƏR

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   B...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...