Qızılın qiyməti 71 dolları ötüb - BİR İLK

Qızılın qiyməti 71 dolları ötüb - BİR İLK

Xalis qızılın bir qramının qiyməti ilk dəfə olaraq 71 dolları ötüb. 


Sfera.az xəbər verir ki, bu ilin fevralın 10-dan sonra qızılın qiymətində müşahidə edilən yüksəliş hələ də davam edir. Həmin tarixdə bir troya unsiya (31,1 qram) qızılın qiyməti 2000 dollar olduğu halda hazırda 2200 dollardan yüksəkdir. 


Qısa müddətdə xalis qızılın bir qramının qiyməti 64 dollardan 71,1 dollara qədər artıb. 


Son ayyarımda qızılın bahalaşması ABŞ dollarının məzənnəsinin düşəcəyinə dair yaranan qənaətlə bağlıdır. Proqnozlaşdırılır ki, yaxın aylarda ABŞ-də faizlər endiriləcək və bu, dolların ucuzlaşmasına səbəb olacaq. Qızılın qiyməti dollarla müəyyən edildiyindən onun məzənnəsindəki dəyişiklik qızılın qiymətinə də təsir göstərir. Dollar bahalaşanda qızıl ucuzlaşır, dollar ucuzlaşdıqda isə qızıl bahalaşır. Yaxın aylarda dolların ucuzlaşacağı proqnoz edildiyindən investorlar indidən qızılı bir qədər ucuz almağa çalışırlar ki, bu da dəyərli metalı bahalaşdırır. 


Qızılın bahalaşması onunla yığım edən bankların, maliyyə qurumlarının, fondların aktivlərinin dəyərinə müsbət təsir edir. Son bir ildə qızılın qiyməti 12 faiz artıb və qızılla yığım edənlərin aktivləri də bir qədər dəyərlənib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Tbilisidəki bu məşhur tikili söküləcək - FOTO

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzindəki “Rike” parkda yerləşən və italyan arxitektor tərəfindən qeyri-adi üslubda inşa olunan “səhənglər&...

Yunanıstan sahillərində güclü ZƏLZƏLƏ - Sunami təhlükəsi...

Yunanıstanın Krit adası sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkə...

Bayramov BƏƏ-li həmkarı ilə telefon danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danış...

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...