Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?


Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük banklarından birini aldadıb. Onun hədəf aldığı şəxs bank müdiri idi və təklif cəlbedici idi. Saxta sənədlər, saxta avtoritetlər və çoxlu inandırmalar bu böyük yalanı mümkün etdi. Sonda təkcə bank yox, fırıldaqçının özü də tarixə düşdü...
 

Sfera.az tarixə düşən bu maraqlı hadisənin təfərrüatlarını təqdim edir.
 

1995-1998-ci illər arasında Emmanuel Nvude Braziliyadakı “Banco Noroeste”nin direktoru Nelson Sakaguchini uydurma hava limanına sərmayə qoymağa inandırdı.
 

Onun planı olduqca ağıllı idi, özünü Nigeriya Mərkəzi Bankının Qubernatoru kimi tanıdaraq, Abujada tikiləcək böyük bir hava limanı üçün investisiya fürsəti təqdim etdi. Bu saxta sərmayənin müqabilində Sakaquçiyə 10 milyon dollarlıq şəxsi komissiya təklif olunub. Dövrün iqtisadi şərtləri bu hekayəni inandırıcı edəndə Sakaquçi təklifi qəbul etdi.
 

Qısa müddətdə milyonlarla dollar köçürməyə başladı və pulun böyük hissəsi hətta nağd şəkildə əl dəyişdirdi. Sonda bank 242 milyon dollar itirmişdi ki, bunun da 191 milyon dolları nağd idi.

 

Maraqlı orasında idi ki, Sakaquçi illərlə bankir olub, lakin bu dəfə təklif onun bütün peşəkarlığına kölgə salıb.
 

Nvude özü Londona gedib və saxta məmurların müşayiəti ilə Sakaquçi ilə görüşüb. Həmin gün əslində Mərkəzi Bankın rəhbəri Paul Oqvuma ilə qarşılaşdığını düşünən Sakaquçi investisiyanın qanuni və təhlükəsiz olduğuna inanırdı. Hava limanının tikintisi kimi zahirən real görünən yalan insanı iqtisadi artım yaşayan Nigeriyanın məhz belə bir layihəyə ehtiyacı olduğunu düşündürdü.
 

Sənədlər, şəxsiyyət vəsiqələri, investisiya planları, bir sözlə, hər şey peşəkar şəkildə hazırlanıb. Sakaquçinin etimadı bu saxta detallarla asanlıqla qazanılıb və sonda bankın kassaları boşalıb.

 

Hər şeyin rəngi “Banco Santander” “Banco Noroesti” almaq istəyəndə vəziyyət dəyişdi.


İki bankın birgə idarə heyətinin iclasında bankın kapitalının əhəmiyyətli hissəsinin Kayman adalarındakı şübhəli hesaba getdiyi məlum olub. Bu külli miqdarda pulun izinə düşən səlahiyyətlilər dələduzluğun miqyasını üzə çıxarıblar. Nigeriyada yaradılmış iqtisadi cinayətlər komissiyası işə qarışıb və Nvude ilə birlikdə daha 4 nəfər tutulub.
 

Məhkəmə prosesi asan deyildi; təhdidlərdən, rüşvətxorluq cəhdlərindən, ikinci həbslərdən və nəhayət Sakaquçinin tənqidi ifadəsindən sonra Nvude günahını etiraf etdi. O, 25 il azadlıqdan məhrum edilib, lakin cəzalar birləşdirildikdə cəmi 5 il çəkib. Həm Nvude, həm də Sakaquçi mühakimə olunub və məhkum edilib, bank isə saxta investisiyalarda milyonlarla dollar itirdikdən sonra çöküb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş t...

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.   Sfera.az xəbər verir ki, sertifikatlaşdırma pros...

Sumqayıtda iki qadını avtomobil vurdu, biri öldü

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.   Belə ki, &quo...

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...