Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

23:55 / 21.05.2025
3174
İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.
Sfera.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
Baş nazirin sözlərinə görə, radikallar əllərində olan bütün girovları azad etsələr, anklav tamamilə silahsızlaşdırılsa və HƏMAS hərəkatı Qəzza ərazisini tərk etsə, İsrail burada müharibəni dayandırmağa hazır olacaq. (Axar.az)