Nuranənin qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun QURBANI OLUB

Nuranənin qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun QURBANI OLUB

Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar məlum olub.

 

Sfera.az-ın məlumatına görə, Seyidrəsul Talıbzadə 2009-cu il təvəllüdlü Nuranəni ötən il qaçırıb. Əvvəlcə qızın atası onların evlənməsinə razı olmayıb. S.Talıbzadənin atasının təkidindən sonra qız anasının vasitəsilə qoşulub qaçıb. Qızın atası onun arxasınca getsə də, qızı geri qaytara bilməyib.

 

Məlumata görə, S.Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu "Mirmövsüm ağa" kimi tanıyır və hörmət edirmiş. Qızın atasının isə S.Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olub. Buna görə də qızın atası İlkin Ələsgərov qızını geri ala bilməyib.

 

Məlumatda o da qeyd edilir ki, hadisədən bir həftə əvvəl S.Talıbzadə ilə Nuranə arasında mübahisə olub. Mübahisə isə rəsmi nikaha görə olub. Belə ki, Seyidrəsul Nuranə ilə söhbət edərkən ona: "Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz", - deyib. 16 yaşlı gəlin isə bu söhbətdən sonra S.Talıbzadədən rəsmi nikah tələb edib. S.Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə - atasının evinə gedib. S.Talıbzadə və atası M.Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İ.Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında S.Talıbzadə Nuranəni hədə-qorxu ilə götürüb Sabirabada, öz evinə gətirib.

 

Hadisədən üç gün sonra isə 16 yaşlı gəlin xüsusi amansızlıqla öldürülüb. Qadının meyiti bir gün evdə saxlandıqdan sonra izi itirmək üçün Kür çayına atılıb. Daha sonra qızın atasına məlumat verilib.

 

Məlumatda o da bildirilir ki, 2009-cu il təvəllüdlü qız qoşulub qaçandan sonra onun atası anasından ayrılıb.

 

Sosial şəbəkələrdə onların toy görüntüləri də yayılıb.(oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...