Uçuş bələdçiləri niyə qırmızı dodaq boyası istifadə edir?

Uçuş bələdçiləri niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətta "Niyə hamısı qırmızı çəkir?"-deyə düşünə də bilərsiniz. Adi bir seçim kimi görünsə də, bu pomada tonu əslində illərdir aviasiya sənayesinin yazılmamış “qaydalarından” biri olmuşdur.


Sfera.az bu yazıda sizə niyə tez-tez stüardessaların qırmızı dodaq boyası vurduqlarının səbəbləri barədə məlumat təqdim edir.


Əslində bunun arxasında məntiqi səbəblər var.
 

Qırmızı pomada qadın stüardessaların ilk dəfə göründüyü vaxtdan bəri aviasiya sənayesində bir imza şəklinə çevrilib. Çünki qırmızı dodaq boyası diqqəti cəlb edir və sifəti vurğulayır ki, bu da kabin daxilindəki xaosda personalı asanlıqla tanımağa imkan verir.
 

Təyyarədə atmosfer həmişə çəhrayı olmur. Buna görə də qırmızı pomada “vizual siqnal” rolunu oynayır.
 

Burada həm də estetik və psixoloji ölçü var.
 

Qırmızı pomada qadınlar arasında güc, özünə inam və peşəkarlıq simvolu hesab olunur. Kabin heyəti təkcə xidmət göstərən insanlar kimi deyil, həm də özünə güvən verən və peşəkar mövqe tutan insanlar kimi qəbul edilməlidir. Qırmızı pomada bu obrazı gücləndirir.

 

Həmçinin təyyarədə hava qurudur. Bu, makiyajın köhnəlməsini asanlaşdırır.
 

pomadalar ümumiyyətlə qalıcı və davamlıdır. Şirkətlər də tez-tez müəyyən makiyaj standartlarını təyin edirlər. Qırmızı pomada bu standartların ən klassik və asanlıqla tanınan hissəsidir.
 

Axı qırmızı pomada vurmaq təkcə gözəllik məsələsi deyil. Bu, tarix boyu davam edən, kabin heyətinin görünməsini artıran, peşəkarlıq və güvən hissi verən ənənədir.


Aynil


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...